Almaniya ukraynalı hərbçilərin iştirakı ilə təlimlərə başlayıb

Almaniya ukraynalı hərbçilərin iştirakı ilə təlimlərə başlayıb

Almaniya “Patriot” hava hücumundan müdafiə sistemlərinin də cəlb olunduğu hərbi təlimlərə başlayıb.

APA-nın “Deutsche Welle”yə istinadən xəbərinə görə, bunu ölkənin müdafiə naziri Boris Pistorius Litvalı həmkarı ilə görüşdən sonra bildirib.

O söyləyib ki, ölkəsi yaxın vaxtlarda Ukraynaya əlavə bir ədəd hava hücumundan müdafiə kompleksi, hava-hava tipli “IRIS-T” raket sistemləri, “Gepard” zenit-raket kompleksi, eləcə də artilleriya qurğuları və digər növdə sursatlar göndərəcək.

Nazirin sözlərinə görə, bu məqsədlə ukraynalı hərbçilər də sözü gedən manevrlərə cəlb olunub.

"Cebhe.info"