Almaniyada vətəndaşlıq müraciətləri 50 faiz artıb
Almaniya vətəndaşlığı almaq istəyənlərin sayı iki ildə 50 faiz artıb.
“Cebheinfo.az” Almaniyanın "Welt am Sonntag" qəzetinə istinadən xəbər verir ki, Almaniyada hakim Sosial Demokrat Partiyası (SPD), “Yaşıllar”. eləcə də Azad Demokrat Partiyasından (FDP) ibarət üçlü koalisiya hökumətinin hazırladığı və iyun ayında qüvvəyə minən vətəndaşlıq qanunu islahatı Almaniya vətəndaşlığı üçün müraciətlərin artmasına səbəb olub.
Nəşrin xəbərə görə, 25 şəhərdə vətəndaşlıq müraciətləri ilə bağlı məlumatlar toplanaraq, edilən müraciətlər iki ildə 50 faiz artıb.
Bu o deməkdir ki, marağın çox olduğu bələdiyyələrdə müraciət edənlərin Almaniya vətəndaşlığını almaq üçün təxminən bir il gözləməli olurlar.
2022-ci ildə Almaniya vətəndaşlığı almaq üçün 81 min 7 müraciət edilib. 2024-cü ildə bu rəqəm ilk on ayda 122 min 882 olub.
Berlin Dövlət İmmiqrasiya İdarəsi, vətəndaşlığa keçidi asanlaşdıran islahatın qüvvəyə minməsindən sonra müraciətlərin son aylarda nəzərəçarpacaq dərəcədə artdığını açıqlayıb.
Şöbə, son həftələrdə hər gün orta hesabla 104 yeni müraciətin olduğunu və bunun məsul qurumların işini çətinləşdirdiyini bildirib.
Almaniya vətəndaşlığı üçün müraciətlərin cəmi 20 şəhərdə 217 mini keçdiyi, məsul qurumların isə onları nəzərdən keçirməkdə çətinlik çəkdiyi bildirilir.
Qeyd edilir ki, əcnəbi abituriyentlər alman şəxsiyyət vəsiqəsi almaq üçün bəzi bölgələrdə bir ilə yaxın gözləməli olublar.
Bildirilir ki, bir çox şəhərlərdə vətəndaşlıq almaq üçün müraciət edildiyi gündən bu proses 18 ay, bəzi rayonlarda isə daha uzun çəkir.
Frankfurtda səkkiz ay müraciət üçün görüş gözlənildiyi və prosedurların başlaması üçün 14 ay lazım olduğu bildirilərkən, Bremendə bu müddət ən az 21 aydır.
Məlumata görə, ən uzun gözləmə Leypsiqdədir və burada müraciət üçün gözləmə müddəti 50 aya qədər ola bilir.
Uzun gözləmə müddətləri hüquqi baxımdan problemlidir. Drezden Xaricilər Ofisi, İnzibati Məhkəmə Reqlamentinə əsasən, vətəndaşın müraciətinə ən geci üç ay ərzində cavab verilməlidir.
Bu müddət ərzində çatışmayan sənəd varsa, tamamlanmalı, aydın olmayan hal varsa, bunun aydınlaşdırılması üçün bildiriş verilməli, vətəndaşlıq şərtlərinin təmin edilmədiyi müəyyən edildikdə, bu hesabat verilməlidir.
Proses bu cür getməsə, vətəndaşlıq üçün müraciət edən şəxslər məsələni məhkəmələrə çatdıra və əsasnaməyə uyğun olaraq öz hüquqlarını tələb edə bilərlər.
Nigar
“Cebheinfo.az”