Almaniyadan İsraillə bağlı QƏRAR

Almaniyadan İsraillə bağlı QƏRAR

Almaniya İsrailə silah ixracını davam etdirəcək. 

“Cebheinfo.az” xəbər verir ki, Almaniya İsrailə silah ixracına qadağa qoyulması xəbərlərini təkzib edib.

Almaniya İqtisadiyyat Nazirliyinin nümayəndəsinin sözlərinə görə, İsrailə silah ixracına qadağa yoxdur və olmayacaq.

Almaniya hökumətinin sözçüsü də Almaniyanın İsrailə silah ixracını boykot etmədiyini deyib.

O bildirib ki, İsraillə HƏMAS arasında müharibəni nəzərə alaraq, Təl-Əvivə silah ixracını davam etdirəcək.  

Yunis Abdullayev 
“Cebheinfo.az”