Almaniyalı nazirdən Pekinə sərt tənqid

Almaniyalı nazirdən Pekinə sərt tənqid

Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Baerbok Çinə səfərindən əvvəl Pekin administrasiyasını tənqid edib.

"Cebheinfo.az" xəbər verir ki, nazir Çinin Ukrayna müharibəsində Rusiyaya verdiyi dəstəyə reaksiya göstərərək, “Çin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının daimi üzvü olaraq dünya sülhü və təhlükəsizliyi üçün məsuliyyət daşımaq əvəzinə, Rusiyaya iqtisadi və silah yardımı etməklə bizim Avropadakı əsas maraqlarımıza zidd hərəkətlər edir” deyib.

Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı apardığı müharibənin sülh üçün təhdid olduğunu müdafiə edən Baerbok, "Çin ilə əlaqələrimizdə bunu görməzdən gələ bilməyəcəyimiz Pekində danışacağım başqa bir mövzudur" deyib.

Nigar Hacılı 
"Cebheinfo.az"