Almaniyalı turistlər bu yay istirahət üçün hansı ölkələri seçəcək?

Almanların 2024-cü il tətil planları ilə bağlı araşdırma, onların 73 faizinin iqtisadi çətinliklərə baxmayaraq tətil planladığını ortaya çıxarıb.
"Cebhe.info" xəbər verir ki, yüksək inflyasiya kimi iqtisadi çətinliklər almanların tətil planlarına təsir etməyib.
Gələn həftə Berlində başlayacaq dünyanın ən böyük turizm sərgisi olan ITB-dən əvvəl aparılan araşdırma, almanların 73 faizinin bu il tətil etməyi planlaşdırdığını ortaya qoydu.
Tətil və Səyahət Araşdırmaları Dərnəyinin (FUR) 12 min adamla apardığı anketlərə əsaslanan araşdırmaya görə, tətilə gedəcəklərin 41 faizi hara gedəcəklərinə artıq qərar verib. 32 faizi hələ planlaşdırma mərhələsindədir.
Almaniyada tətil səyahəti tələbi ilə bağlı ən əhatəli araşdırma olan FUR araşdırmasına görə, İspaniya bu ilki tətil məkanlarının başında gəlir.
Sorğuda iştirak edən almanların 14,4 faizi tətilini İspaniyada keçirməyi planlaşdırarkən, Türkiyə və İtaliya 8,2 faiz ilə ikinci yeri bölüşürlər.
Türkiyəyə getməyi planlaşdıranların nisbətində keçən ilki sorğu ilə müqayisədə 0,3 faiz ilə cüzi artım var.
Almanların tətilini planlaşdırdığı ölkələr siyahısında Türkiyə və İtaliyadan sonra 4,5 faizlə Xorvatiya, 4,2 faizlə Yunanıstan gəlir.
Nigar
"Cebhe.info"