Amerikaya xəbərdarlıq: “Düşmən siyasətindən əl çəkin”

Amerikaya xəbərdarlıq: “Düşmən siyasətindən əl çəkin”

Şimali Koreya administrasiyası ABŞ-nin Koreya yarımadası və onun ətraf ərazilərindəki hərbi fəaliyyətinə reaksiya verib.

"Cebheinfo.az" xəbər verir ki, Şimali Koreya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada ABŞ-nin yürütdüyü müdafiə siyasətinin bölgə və dünyanın qalan hissəsi üçün təhlükəsizlik riski yaratdığı bildirilib.

“ABŞ ordusunun Şimali Koreya təhlükəsi ilə bağlı qeyri-real qavrayış yaratması və bu bəhanə ilə regionda güc üstünlüyü əldə etməyə yönəlmiş avantürist və qarşıdurma mövqeyindən ciddi narahatıq”, - deyə bəyanatda bildirilir.

Şimali Koreyanın strateji silahlı qüvvələrinin dövlətin təhlükəsizliyini və regionun strateji tarazlığını təmin etmək və müdafiə məqsədi daşıdığı vurğulanıb.

“ABŞ-nin bunu təhdid kimi qələmə verməsi onun Şimali Koreyaya qarşı düşmən münasibət bəslədiyini sübut edir”, - bəyanatda deyilir.

Şimali Koreyanı təhdid etməkdə ittiham edən ABŞ-nin Cənubi Koreya və Yaponiya ilə hərbi əməkdaşlığı davam etdirdiyi vurğulanıb və bölgədə birgə hərbi təlimlərin Şimali Koreyanı müdafiə qabiliyyətini gücləndirməyə məcbur etdiyi bildirilib.

Nigar Hacılı 
"Cebheinfo.az"