FETÖ-nün gizli hərbi strukturunda əməliyyat: 8 nəfər saxlanılıb

Türkiyənin Ankara şəhərində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat çərçivəsində 8 nəfər yaxalanıb.
Cebhe.info "Anadolu"-ya istinadən xəbər verir ki, Ankara Polis İdarəsi Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi qrupları Ankara mərkəzli 4 əyalətdə FETÖ terror təşkilatının gizli hərbi strukturuna qarşı əməliyyat keçirib.
Əməliyyat zamanı 10 şübhəlidən 8-i saxlanılıb.
Cebhe.info