Antalyaya gələn turistlərin sayı açıqlandı
Bu ilin yanvar-iyul aylarında Antalyaya gələn turistlərin sayı açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, iyul ayında Antalyaya gələnlərin sayı əvvəlki ilin eyni ayına görə 2,7 faiz artaraq 2 milyon 742 minə çatıb.
Bu ay Antalyaya 598 min nəfərlə ən çox ziyarətçi Rusiyadan gədiyi halda, onu 441 min nəfərlə Almaniyadan və 223 min nəfərlə Polşa təqib edib.
Siyahı İngiltərə, Qazaxıstan, Rumıniya, Niderland, Çexiya, Slovakiya və Ukrayna ilə davam edib.
Yanvar-iyul aylarında Antalyaya gələnlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 9 milyon 58 minə çatıb.
Bu dövrdə Antalyaya ən çox ziyarətçi göndərən ölkə 2 milyon 40 min ilə Rusiya, 1 milyon 770 min ilə Almaniya və 874 min ilə İngiltərə üçüncü olub.
İlk 7 ayda Antalyaya ən çox ziyarətçi göndərən digər ölkələr isə Polşa, Niderland, Qazaxıstan, Rumıniya, Ukrayna, Çexiya və Slovakiya olub.
Nigar
"Cebheinfo.az