Astronavtlara verilən dərmanlarla bağlı İDDİA

Astronavtlara verilən dərmanlarla bağlı İDDİA

Beynəlxalq Kosmik Stansiyada astronavtların istifadə etdiyi dərmanlar Marsa 3 illik səyahət üçün kifayət qədər yaxşı olmaya bilər.

Yeni bir araşdırma göstərir ki, kosmosda saxlanan dərmanların yarısından çoxunun-ağrıkəsicilər, antibiotiklər, allergiya dərmanları və yuxu həbləri kimi zəruri maddələrin istifadə müddəti astronavtların Yerə qayıtmasına qədər bitəcək.

“Cebheinfo.az” xəbər verir ki, nəticələri “npj Microgravity-Nature” jurnalında dərc edilən araşdırmada bu barədə deyilir. Nəticədə astronavtlar səmərəsiz və hətta zərərli dərmanlardan istifadə edə bilərlər.

Dərmanların Yerlə müqayisədə kosmosda faktiki sabitliyi və effektivliyi böyük ölçüdə naməlum olaraq qalır. Sərt kosmik şərait, o cümlədən radiasiya dərmanların effektivliyini azalda bilər.

Con Hopkins xəstəxanasında aparılan tədqiqatın müəllifləri qeyd ediblər ki, vaxtı keçmiş dərmanlar problem yarada bilər:

”Çünki kosmos agentlikləri Marsa və ondan kənara uzunmüddətli missiyalar planlaşdırırlar”. 

Tədqiqatçılar beynəlxalq dərmanların son istifadə tarixlərinin məlumat bazasından istifadə edərək müəyyən ediblər ki, 91 dərmandan 54-nün son istifadə müddəti 36 ay və ya daha azdır.

Ən optimist təxminlər bu dərmanların təxminən 60%-nin Mars missiyasının bitməsinə qədər bitəcəyidir. Daha mühafizəkar hesablamalar bu rəqəmin 98%-ə çatdığını göstərir.

Müəlliflərin fikrincə, hava gəmisində daşınan dərmanların miqdarının artırılması da vaxtı keçmiş dərmanların azalmış effektivliyini kompensasiya etməyə kömək edə bilər.

Xəzər
“Cebheinfo.az”