Atəşkəs pozuldu - Qəzzada savaş yenidən başladı

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında və HƏMAS yaraqlılarına qarşı hərbi əməliyyatların bərpa olunduğunu açıqlayıb.
Cebhe.info xəbər verir ki, açıqlamada Fələstin qruplaşmasının atəşkəsi pozduğu bildirilib:
"HƏMAS əməliyyat fasiləsini pozaraq əlavə olaraq İsrail ərazisinə atəş açıb. İsrail ordusu Qəzza zolağında HƏMAS terror təşkilatına qarşı toqquşmaları bərpa edib".
Cümə günü səhər saatlarında İsrail ordusu Qəzza yaxınlığındakı yaşayış məntəqələrinə hava hücumu sirenlərinin səsləndiyini və ərazidən atəşin qarşısının alındığını bildirib.
Nigar Hacılı
Cebhe.info