Avropa İttifaqı İrana qarşı sanksiyanı uzadıb

Avropa İttifaqı (Aİ) Rusiyaya və Yaxın Şərq və Qırmızı dənizdəki silahlı qruplaşmalara hərbi dəstək verdiyi üçün İrana qarşı tətbiq etdiyi sanksiyaları bir il müddətinə uzadıb.
"Cebhe.info" xəbər verir ki, Aİ Şurasından verilən yazılı açıqlamada Rusiyaya və Yaxın Şərq və Qırmızı dənizdəki silahlı qruplara verdiyi hərbi dəstək səbəbiylə mayın 14-də başladılan sanksiyaların müddətinin 27 iyul 2025-ci ilə qədər uzadıldığı açıqlanıb.
Açıqlamada bildirilib ki, müddətin uzadılması qərarına ildə bir dəfə yenidən baxılacaq.
Sözügedən sanksiya rejimi çərçivəsində 12 şəxs və 9 təşkilat siyahıya alınıb.
Aİ-nin sanksiya rejiminə aktivlərin dondurulması, siyahıya alınmış fiziki və hüquqi şəxslərin birbaşa və ya dolayı yolla iqtisadi faydalarının və Aİ-yə səyahətin qadağan edilməsi daxildir.
Nigar Hacılı
"Cebhe.info