Avropa Komissiyası "X"-i bağlamaqla hədələyir
Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə "X" sosial media platformasının sahibi İlon Mask arasındakı problem Avropaya yayılıb.
"Cebheinfo.az" xəbər verir ki, Maska Avropa İttifaqı Komissiyasından xəbərdarlıq gəlib. Platformada nifrət nitqi və zorakılıq çağırışlarına qarşı tədbir görülməlidir. Əks halda, şirkətin Avropada məhdudiyyətlərlə üzləşə biləcəyi bildirilib.
Avropa Komissiyasının daxili bazardan məsul üzvü Thierry Breton "X" platformasından göndərdiyi məktubunda Maska İngiltərədəki ifrat sağçı zorakılıqları xatırladıb.
Nigar Hacılı
"Cebheinfo.az"