Avropaya sığınacaq üçün müraciət edənlərin sayı azalıb

Avropaya sığınacaq üçün müraciət edənlərin sayı azalıb

2024-cü ildə Avropa İttifaqı (Aİ), Norveç və İsveçrədə sığınacaq üçün müraciətlərin sayı əhəmiyyətli dərəcədə azalıb.

"Cebheinfo.az" xəbər verir ki, Avropa İttifaqının Sığınacaq Məsələləri Agentliyinin məlumatlarına əsasən, Aİ-yə üzv 27 dövlət, həmçinin Norveç və İsveçrədə ümumilikdə 1,008 milyon ilk sığınacaq müraciəti qeydə alınıb.

Bu rəqəm 2023-cü ildəki 1,14 milyon müraciətlə müqayisədə təxminən 12 faiz azalma deməkdir.

Nigar Hacılı 
"Cebheinfo.az"