Avtobus uçuruma yuvarlandı: 31 nəfər öldü

Cənubi Amerikanın Boliviya ölkəsində sərnişin avtobusunun 800 metrlik uçuruma düşməsi nəticəsində 31 nəfər ölüb, 15 nəfər yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, polis rəsmilərinin verdiyi açıqlamada Petosi şəhərindən yola çıxan avtobusun Yocalla qəsəbəsində 800 metrlik uçuruma düşdüyü bildirilib.
Qəzada 31 nəfərin öldüyü, bəziləri ağır olmaqla, ümumilikdə 15 nəfərin yaralandığı bildirilib.
Qəza yerinə çox sayda təcili tibbi yardım və yanğınsöndürmə briqadaları göndərilib.
Axtarış-xilasetmə işləri ərazinin çətin relyefə malik olduğu üçün ləngidiyi bildirilib.
Qəzaya aydınlıq gətirmək üçün genişmiqyaslı araşdırmalara başlanılıb.
Nigar Hacılı
"Cebheinfo.az"