Avtobus xəndəyə yuvarlanıb: 36 ölü

Avtobus xəndəyə yuvarlanıb: 36 ölü

Hindistanda səhər saatlarında sərnişin avtobusu qəza törədib.

"Cebheinfo.az" xəbər verir ki, Uttarakhand ştatında 50 sərnişini olan avtobusun xəndəyə yuvarlanması nəticəsində azı 36 nəfər ölüb.

Almora bölgəsində 200 metr dərinlikdəki dərəyə düşən avtobusda çox sayda insan xəsarət alıb. Bəzi sərnişinlər avtobusun pəncərəsindən çaya atılıb.

Polis avtobusun 42 nəfər tutumu olduğunu və qəzanın səbəbinin həddindən artıq yüklənmə ola biləcəyini deyib.

Qəzanın səbəbləri ilə bağlı araşdırma başlayıb, ölənlərin sayı arta bilər.

Uttarakhand Baş Naziri Pushkar Singh Dhami açıqlamasında deyib: "Almorada baş verən uğursuz avtobus qəzasında sərnişinlərin həyatını itirməsi ilə bağlı çox kədərli xəbər aldıq. Rayon rəhbərliyinə təcili yardım və xilasetmə işlərinin aparılması tapşırılıb. Zəruri hallarda ağır xəsarət almış sərnişinlərin hava nəqliyyatı ilə daşınması ilə bağlı göstərişlər verilib".

Regional Nəqliyyat İdarəsi məsullarının işdən çıxarılması əmrini verdiyini qeyd edən Dhami ölənlərin ailələrinə təzminat ödəniləcəyini və yaralılara maddi yardım ediləcəyini bildirib.

Nigar Hacılı
"Cebheinfo.az