AZAL-ın təyyarəsində həlak olan qazaxların ailələrinə veriləcək MƏBLƏĞ

AZAL-ın təyyarəsində həlak olan qazaxların ailələrinə veriləcək MƏBLƏĞ

"Aktau yaxınlığında baş verən təyyarə qəzası zamanı həlak olan Qazaxıstan vətəndaşlarının ailələrinə 5 milyon təngə (təxminən 16 min manat) veriləcək. Həmin ailələrə sosial yardımlar göstərilib və lazım məbləğlər verilib".

“Cebheinfo.az”  xəbər verir ki, bunu  Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev deyib.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

“Cebheinfo.az”