Azərbaycanlılar Rusiyaya daha az gedirlər

Azərbaycanlılar Rusiyaya daha az gedirlər

Tacikistandan olan miqrantlar digərlərindən daha çox Rusiyaya köçür və orada qalırlar. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə RBC “Rosstat” məlumatlarına istinadən yazıb.

Statistikaya əsasən, respublika miqrantları təmin edən ölkələr siyahısında lider olub. Rusiyaya köçənlərin ümumi sayının 31 faizini onlar təşkil edirlər.

Sonrakı yerdə Qırğızıstan - 10 faiz, eləcə də Ukrayna - 9 faiz tutur. Eyni say Ermənistan və Qazaxıstanın da payına düşür.

Çox vaxt Rusiyaya köçən miqrant yalnız məktəb təhsili olan əmək qabiliyyətli yaşda olan kişilərdir.

Daha əvvəl parlamentin aşağı palatasının spikeri Vyaçeslav Volodin bildirmişdi ki, Dövlət Dumasının deputatları Rusiya vətəndaşlığını almaq istəyən miqrantların nikah müddətinin artırılması məsələsini müzakirə edəcəklər. Dövlət Duması əmək miqrantlarının ailələrini Rusiyaya gətirməsini qadağan etmək təşəbbüsünü də nəzərdən keçirir. O əmindir ki, deputatların əksəriyyəti bu ideyanı dəstəkləyəcək.

Xəzər
“Cebheinfo.az”