“Remal” siklonu səbəbindən 800 minə yaxın insan təxliyə edilb

“Remal” siklonu səbəbindən 800 minə yaxın insan təxliyə edilb

Banqladeşdə sürəti 130 km/saata çata biləcək “Remal” siklonu öncəsi təxliyələrə başlanılıb.

Bunu təbii fəlakətlərin idarə edilməsi və onların fəsadlarının ləğvi naziri Mohibur Rəhman deyib.

Məlumata görə, Benqal körfəzindəki siklon tufanı bazar günü axşamdan gecəyarısına kimi ölkənin sahil xəttini keçə bilər, buna görə on ən həssas bölgədən azı 800 min insan artıq təxliyə edilib.

Qurum rəhbəri daşqın, sürüşmə və tufan təhlükəsi barədə də xəbərdarlıq edib.

Onun sözlərinə görə, Banqladeş donanması, sahil mühafizəsi, polis, könüllü təşkilatlar və siyasi partiyalar davam edən kütləvi evakuasiya səylərini dəstəkləyir.

Banqladeş Daxili Su Nəqliyyatı İdarəsi bütün daxili marşrutlarda bütün növ çay gəmilərinin fəaliyyətini dayandırıb.

Çattqramdakı Şah Əmanət Beynəlxalq Aeroportu bazar günü günortadan etibarən uçuşları səkkiz saatlığına dayandırıb.

"Cebhe.info"