Baqrat Srbazan: “Paşinyanla təcridxanada görüşəcəyik”

Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, onunla görüş proseduru var, maraqlanan varsa müraciət etsin.
“Cebhe.info” xəbər vrir ki, Paşinyana Baqrat Srbazandan belə cavab gəlib: “Bəli, istintaq təcridxanasında görüşəcəyik”.
“Mən də bilirəm ki, prosedur var, xüsusi icazə ilə istintaq təcridxanasında ona baş çəkəcəm, indi bizim görüşümüzə icazə verilmir, amma sonra ona baş çəkəcəm”, - deyə Srbazan vurğulayıb.
Paşinyanın istintaq təcridxanasında olmaması ilə bağlı arxiyepiskop belə cavab verib:
“Bəs o haradadır? Onun indi harada olduğunu görmürsən? O, artıq bu binanı təcridxanaya çevirib, görün nə qədər polis əməkdaşı var”, - deyə o, hökumət binasını mühasirəyə alan çoxlu sayda polisi nəzərdə tutub.
Xəzər
“Cebhe.info”