Bayden onunla Ukraynaya yardımı müzakirə edəcək

“ABŞ Prezidenti Co Bayden İtaliyanın Baş naziri Giorgia Melonini martın 1-də Ağ Evdə qəbul edəcək, onlar Kiyevə dəstək ilə bağlı məsələləri müzakirə edəcəklər”.
Bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer açıqlama yayıb.
Onun sözlərinə görə, Bayden və Meloni qlobal çağırışlara cavab vermək üçün ümumi yanaşmaları, o cümlədən Ukraynanı dəstəkləməyə davam etmək öhdəliyini müzakirə edəcəklər. Onlar həmçinin Yaxın Şərqdə regional gərginliyin qarşısının alınması, Qəzza sakinlərinə humanitar yardımın çatdırılması, Vaşinqtonda keçiriləcək NATO sammiti ərəfəsində İtaliyanın G7-yə sədrliyi və koordinasiyası haqda fikir mübadiləsi aparacaqlar.
"Cebhe.info"