Bayden: “Rusiya bu müharibədən qalib…”
ABŞ Prezidenti Cozef Bayden və Böyük Britaniyanın Baş naziri Keir Starmer arasında görüş keçirilib.
“Cebheinfo.az” xəbər verir ki, xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin cümə günü yaydığı bəyanatda tərəflərin Ukraynadakı vəziyyəti, İran və Şimali Koreyaya aid edilən silah yükünün Rusiyaya tədarükü, Çinin Rusiyanın müdafiəsinə dəstəyi ilə bağlı iddialar, İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar, Hind-Sakit Okean bölgəsindəki son durum və Qəzza zolağında mümkün qədər tez atəşkəs razılaşmasının əldə olunmasının zəruriliyi kimi məsələləri müzakirə etdiyi bildirilib.
ABŞ Prezidenti Cozef Bayden Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə görüşündə Rusiyanı təhdid edərək deyib:
“Aydındır ki, Putin bu müharibədən qalib çıxmayacaq, Ukrayna qalib gələcək”.
ABŞ-nin Ukraynaya göndərdiyi uzaqmənzilli raketlərdən Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək üçün qoyulan məhdudiyyətlərin ləğvinin mümkünlüyü məsələsini müzakirə edən hər iki lider Ukraynaya hərtərəfli dəstək veriblər.
Bayden Prezident Vladimir Putinin ABŞ və Rusiya arasında mümkün birbaşa münaqişənin mümkünlüyü ilə bağlı fikrinə münasibətini açıqlayıb:
“Mən Vladimir Putin haqqında çox düşünmürəm”.
Müşfiq Abdulla
“Cebheinfo.az”