Baydenin evindən hansı sənədlər tapılıb?

Baydenin evindən hansı sənədlər tapılıb?

ABŞ Ədliyyə Departamentinin rəsmiləri Prezident Co Baydenin Delaver ştatının Uilminqton şəhərindəki evində yoxlama aparıb və nəticədə məxfi sənədlərin daha bir hissəsi aşkarlanıb.

Cebhe.info TASS-a istinadən xəbər verir ki, Ağ Ev Hüquq Müşavirinin ofisinin sözçüsü İen Sems 13 saatlıq yoxlamanın planlaşdırıldığını və Baydenlə razılaşdırıldığını söyləyib.

“İcazə verin, açıq deyim: Prezident Ədliyyə Nazirliyinə evində axtarış aparılmasını təklif edib. Onların 10 il əvvələ aid şəxsi əlyazma qeydləri, fayllar, sənədlər, görüləcək işlər siyahıları, xatirə əşyaları və digər materiallara toxunmaq üçün görünməmiş imkanları olub”, - Ağ Ev rəsmisi deyib.

Onun sözlərinə görə, departament nümayəndələri ilə məsləhətləşən hüquqşünaslar hadisələrin gedişi ilə bağlı bütün məlumatları Baydenə ötürüblər.

Qeyd edək ki, Sems ABŞ-ın 46-cı prezidentinin evində tapılan materialların məzmunu ilə bağlı məlumatları açıqlamayıb. Bununla belə, o, Ağ Evin Konqreslə əməkdaşlığa və gələcək addımları müəyyən etmək üçün Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsi ilə məsləhətləşmələrə hazır olduğunu açıqlayıb.

Əlavə edək ki, ABŞ liderinin vəkili Bob Bauer bildirib ki, Prezident Co Baydenin Delaver ştatındakı şəxsi evində aparılan axtarış nəticəsində daha 6 məxfi sənəd tapılıb. 

Tapılan sənədlər arasında bəziləri Co Baydenin Senatda işlədiyi dövrə, digəri isə vitse-prezident vəzifəsində işlədiyi dövrə aiddir.

Sevinc Tapdıqqızı
Cebhe.info