Baydenin qərarı “Bitcoin”-ə necə təsir etdi?

Baydenin qərarı “Bitcoin”-ə necə təsir etdi?

ABŞ Prezidenti Cozef  Bayden noyabrın 5-də keçiriləcək seçkilərdə namizədlikdən geri çəkildiyini elan etdikdən sonra “Bitcoin” dalğalanma tendensiyası yaşadı. 

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden prezident seçkilərində namizədlikdən geri çəkildiyini elan etdikdən sonra kriptovalyuta “Bitcoin”-də dalğalanma baş verib.

Bu gün 67 min dollar səviyyəsini keçən və son 1 ayın ən yüksək səviyyəsinə çatan “Bitcoin” açıqlamadan dərhal sonra ucuzlaşıb.

BTC son dəqiqələrdə 1000 dollar ucuzlaşaraq 67 340 dollara çatıb. Lakin sonradan yenidən yüksəlməyə başlaylb. “Bitcoin” hazırda 67 800 dollara satılır.

Keçmiş prezident Trampın kriptovalyuta sənayesini dəstəklədiyini və BTC-nin “Amerikada istehsal olunmasını” istədiyini bildirməsindən sonra “Bitcoin” son həftələrdə yenidən yüksəldi.

Nigar
"Cebheinfo.az"