Berlində sağçı radikalların aksiyası zamanı azı 50 nəfər saxlanılıb

Almaniyanın paytaxtı Berlində radikal sağçıların aksiyası zamanı azı 50 nəfər saxlanılıb.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə “Bild” nəşri paytaxt polisinin nümayəndəsinə istinadən məlumat yayıb.
Aksiya "Asayiş naminə. Solçu ekstremizmə və siyasi motivli zorakılığa qarşı" devizi altında keçirilib.
Asayişi 1500-ə yaxın polis əməkdaşı qoruyub.
"Cebheinfo.az"