Bild: “Almaniyanın şimalında qatara bıçaqlı hücum nəticəsində 7 nəfər yaralanıb”

Bild: “Almaniyanın şimalında qatara bıçaqlı hücum nəticəsində 7 nəfər yaralanıb”

Almaniyanın şimalında şəhərətrafı qatarda bıçaqlı hücum nəticəsində azı 7 nəfər yaralanıb.

Bu barədə "Bild" nəşri məlumat yayıb.

Bildirilib ki, qatar Kiel şəhərindən Hamburq istiqamətində hərəkət edirmiş. Hücum ya qatarın özündə, ya da kiçik Brokstedt şəhərinin dəmir yolu vağzalında baş verib. Qatara stansiyaya çatmamışdan bir qədər əvvəl bir nəfər bıçaqla sərnişinlərə hücum edib.

Cebhe.info