Bir gündə 5 milyard dollarlıq “qızıl kart” satılıb

“ABŞ hər biri 5 milyon dollara başa gələn 1000 immiqrasiya “qızıl kartı”nı sataraq bir gündə 5 milyard dollar qazanıb”.
“Cebheinfo.az” “Financial Expres”-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin ticarət naziri Hovard Lutnik deyib.
“All-In podcast”-da çıxışı zamanı nazir bildirib ki, 37 milyon potensial alıcı bazarı ilə Prezident Donald Tramp bu eksklüziv kartların bir milyonunu satmaqla ən azı 5 trilyon dollar qazana biləcəklərinə əmindir.
"Dünyada bu kartı ala biləcək 37 milyon insan var... Prezident hesab edir ki, biz bir milyon sata bilərik", - Latnik bildirib.
Lutnik daha əvvəl iddia etmişdi ki, 250 000 insan mövcud EB-5 investor vizasını əvəz etmək üçün Trampın "qızıl kart”larını" almaqda maraqlı olduğunu bildirib.
Xəzər
“Cebheinfo.az”