Blenkenin müavini Ermənistanda səfərdədir

Blenkenin müavini Ermənistanda səfərdədir

ABŞ dövlət katibi Entoni Blenkenin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Ermənistanda səfərdədir.

"Cebhe.info" xəbər verir ki, bu barədə o, özünün X mikrobloqunda yazıb.

O, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin ilə görüşüb.

"Biz demokratik qanunun aliliyini, korrupsiyaya qarşı mübarizəni və məhkəmə islahatlarını təşviq etmək üçün hökumət və vətəndaş cəmiyyəti tərəfdaşları ilə əməkdaşlığı gücləndirməyi səbirsizliklə gözləyirik”, - Uzra Zeya vurğulayıb.

Qeyd edək ki, o, bundan əvvəl Gürcüstanda səfərdə olub.

"Cebhe.info"