Blinken: “İsveç və Finlandiyanın NATO-ya qəbulu prosesi tezliklə başa çatacaq”

Blinken: “İsveç və Finlandiyanın NATO-ya qəbulu prosesi tezliklə başa çatacaq”

“ABŞ prezidentinin administrasiyası İsveç və Finlandiyanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) rəsmi qəbulunun tezliklə başa çatacağına əmindir”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

“Finlandiya və İsveç NATO müttəfiqi olmağa hazırdır. Onların ordusu Kosovo və Əfqanıstan, İraq və Liviyada ABŞ və NATO qoşunları ilə çiyin-çiyinə xidmət edib”, - Blinken bildirib.

O qeyd edib ki, Finlandiya və İsveç Silahlı Qüvvələri təşkilatın qüvvələri ilə problemsiz qarşılıqlı əlaqə qura biləcək.

Blinken NATO-nun yaxın gələcəkdə bu iki dövləti rəsmi olaraq üzv kimi qəbul edəcəyinə əminliyini ifadə edib. O vurğulayıb ki, ölkələr, o cümlədən Türkiyə qarşısında öhdəliklərini yerinə yetirmək üçün konkret addımlar atıblar.

Xatırladaq ki, mayın 18-də Finlandiya və İsveç NATO-ya daxil olmaq üçün müraciət edib. Türkiyə əvvəlcə həmin ölkələrin NATO üzvlüyünə qarşı çıxıb və onları terrorçuları himayə etməkdə təqsirləndirib, alyansın Madrid sammitindən sonra isə ekstradisiya məsələsi barədə Helsinkiyə və Stokholma sorğular göndərib. Ankaranın Finlandiyaya bununla bağlı ümumilikdə 11 sorğu ünvanlandığı bildirilir.

Cebhe.info