BMT-dən “UNRWA” açıqlaması: “İsrail iddialarla bağlı...”

BMT-dən “UNRWA” açıqlaması: “İsrail iddialarla bağlı...”

İsrail rəsmilərinin 7 oktyabr 2023-cü il hücumlarında Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (“UNRWA”) əməkdaşlarının iştirak etdiyinə dair iddiaları üçün hələlik heç bir sənəd təqdim etmədiyi bildirilib.

"Cebhe.info" İngiltərənin “The Guardian” qəzetinə istinadən xəbərə verir ki, BMT-nin Daxili Nəzarət Xidmətləri Ofisinin (OIOS) İsrailin iddiaları ilə bağlı hazırladığı ilkin hesabatı görən diplomatların, ilk olaraq iddiaların irəli sürüldüyü zamandan bu yana “İsraildən gələn yeni bir dəlilin olmadığını” dedikləri qeyd edilib. 

Xəbərdə BMT sözçüsü Stefan Dujarrikin iddialarla bağlı “istintaqın hələ İsraildən heç bir təsdiqedici material almadığını” bildirilib.

OIOS işçilərinin iddialarla bağlı “UNRWA”-nın İsrail rəsmilərindən aldığı ilk məlumatları nəzərdən keçirdiyini ifadə edən Dujarrik, OIOS-un "əlavə məlumatları yoxlamağa və əldə etdiyi məlumatları qısa müddətdə İsraildən almağı gözlədiyi materiallarla müqayisə etməyə çalışacağını" ifadə edib.

Xatırladaq ki, BMT-nin Mətbuat Ofisindən dünən verilən açıqlamada OIOS əməkdaşlarının İsrail rəsmilərindən araşdırma ilə əlaqəli ola biləcək məlumat almaq üçün yaxın zamanda İsrailə səfər etməyi planlaşdırdığı bildirilib.

Nigar Hacılı 
"Cebhe.info"