BMT rəsmisi: “Taxıl sazişinin tam işləməsi üçün dolayı maneələr var”

BMT rəsmisi: “Taxıl sazişinin tam işləməsi üçün dolayı maneələr var”

“Taxıl sazişi çərçivəsində tərəflər yoxlanılacaq gəmilərlə bağlı konsensusa gələ bilməyiblər”.

Bu barədə BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq açıqlama verib.

Sözçü bildirib ki, İstanbulda taxıl sazişi çərçivəsində qurulan Birgə Koordinasiya Mərkəzində nə dünən, nə də bu gün yoxlama aparıla bilməyib:

“Hazırda sistemdə 29 gəmi var. Onlardan 20-si Ukrayna limanlarında, dördü tranzit və beşi yoxlama zonasındadır. Biz bir daha tərəfləri Birgə Koordinasiya Mərkəzində rəvan, sabit və proqnozlaşdırıla bilən əməliyyatların bərpası üçün BMT-nin verdiyi təkliflərlə konstruktiv işləməyə çağırırıq”.

Onun sözlərinə görə, taxıl sazişinin tam işləməsi üçün dolayı maneələr var.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar ərzaq böhranı riskini aradan qaldırmaq məqsədilə Rusiya, Ukrayna, BMT və Türkiyənin birgə səyləri ilə yaradılan “Taxıl dəhlizi sazişi”nin müddəti may ayının 17-də 2 ay müddətində uzadılsa da tərəflər arasında anlaşılmazlıqlar davam edir və yük gəmilərinin fəaliyyəti ötən müddət ərzində tam bərpa olunmayıb.

Cebhe.info