Bolqarıstanın yeni Baş naziri seçilib

Bolqarıstanın yeni Baş naziri seçilib

Bolqarıstanın yeni Baş naziri Nikolay Denkov seçilib.

APA xəbər verir ki, Baş nazirin seçilməsi üçün deputatlar arasında təşkil edilən səsvermə prosesi ölkə parlamentinin saytında yayımlanıb.

Qeyd olunub ki, Denkovun namizədliyini 132 deputat dəstəkləyib, 69 nəfər əleyhinə səs verib, bitərəf qalan olmayıb.

Bildirilib ki, 60 yaşlı deputat Nikolay Denkov həm də “Dəyişiklikləri davam etdiririk” və “Demokratik Bolqarıstan” koalisiyasını təmsil edir.

Cebhe.info