"Bosch" şirkəti minlərlə işçisini ixtisar edəcək
Dünyanın aparıcı avtomobil ehtiyat hissələri tədarükçüsü olan "Bosch" şirkəti, Almaniyadakı müəssisələrində əvvəllər gözlənildiyindən daha çox işçilərini ixtisar edəcəyini açıqlayıb.
"Cebheinfo.az" "Reuters” agentliyinə istinadən xəbər verir ki, "Bosch" şirkətinin nəzarət şurasının sədr müavini Frank Sell, şirkətin ehtiyat hissələri departamentində 8 min ilə 10 min arasında iş itkisi ola biləcəyini söyləyib.
Bu kəsimlərin sənaye nəhənginin planlaşdırılandan daha böyük ola biləcəyi ifadə edilir.
Sell həmçinin bildirib ki, işçi nümayəndələri və həmkarlar ittifaqları tətilləri nəzərə alaraq 2025-ci il üçün fəaliyyət planı hazırlayıblar.
“CNN”-in məlumatına görə, şirkətin sözçüsü bildirib ki, "Bosch" yaxın illərdə dünya üzrə təxminən 8 250 nəfəri işdən çıxarmağı planlaşdırır:
"Çətin iqtisadi mühit və avtomobil sənayesində davam edən transformasiya, digər şirkətlər kimi bizi də böyük çətinliklərlə qarşı-qarşıya qoyur. Bizim üçün bu şərtlər altında rəqabət qabiliyyətimizi qorumaq vacibdir".
"Bosch" bir neçə həftə əvvəl elan etdi ki, avtomobillərə və yeni texnologiyalara olan durğun tələbat səbəbindən yaxın bir neçə il ərzində təxminən 5 500 işçini ixtisar etməyi planlaşdırır.
Bildirilir ki, "Bosch" şirkətində təxminən 135 min nəfəri çalışır.
Nigar Hacılı
"Cebheinfo.az"