Braziliyada 3 günlük matəm elan edilib

Braziliyada 3 günlük matəm elan edilib

Braziliyanın Cascavel-Guarolhus istiqamətində hərəkət edən “Voepass” hava yollarına məxsus “ATR 72” tipli təyyarə San-Pauluda 57 sərnişin və 4 nəfərlik ekipajla qəzaya uğrayıb.

"Cebheinfo.az" xəbər verir ki, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva həyatını itirən vətəndaşlar üçün ölkədə üç günlük matəm elan etdiyini açıqlayıb.

 Şirkət hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq başsağlığı mesajında, “San Paulo əyalətində baş verən təyyarə qəzası ilə bağlı böyük kədərlə məlumat aldım. Həyatını itirənlərə dərin hüznlə başsağlığı verir, ailələrinə isə səmimi həmrəyliyimi bildirirəm" deyib. 

Nigar Hacılı 
"Cebheinfo.az"