Braziliyada daşqınlar nəticəsində 10 nəfər ölüb

Braziliyada daşqınlar nəticəsində 10 nəfər ölüb

Braziliyanın Rio-Grande do-Sul əyalətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 10 nəfər ölüb, 21 nəfər də itkin düşüb.

"Cebhe.info" xəbər verir ki, səlahiyyətlilər daşqın nəticəsində 10 nəfərin öldüyünü, 21 nəfərin itkin düşdüyünü açıqlayıb və 1400-dən çox insanın təxliyə edildiyini bildirib.

Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanın tapşırığına əsasən daşqından zərər çəkmiş rayonlara humanitar yardım ləvazimatları göndərilib.

Əyalət qubernatoru Eduardo Leite sosial media hesabından verdiyi açıqlamada bölgədə leysan yağışların davam edəcəyini bildirib və vətəndaşlardan diqqətli olmalarını istəyib.

Nigar Hacılı 
"Cebhe.info"