Britaniya elan etdi: Xərçənginin müalicəsində inqilabi dəyişiklik

Britaniya elan etdi: Xərçənginin müalicəsində inqilabi dəyişiklik

İngiltərədə prostat vəzi xərçənginin müalicəsində inqilabi dəyişikliklərə yönəlmiş 42 milyon funt sterlinq dəyərində Transform skrininq sınaqlarına başlanılıb.

“Cebheinfo.az” bu barədə “The Guardian”-a istinadən xəbər verir.

Bir neçə aydan sonra başlayacaq ilkin mərhələdə minlərlə şəxs iştirak edəcək. Sınağın təşkilatçıları deyirlər ki, proqram irəlilədikcə növbəti illərdə proqram yüz minlərlə könüllünü işə cəlb edə bilər.

"Transformun məqsədi sadədir",-deyə  Prostat Xərçəngi Böyük Britaniyanın tədqiqat direktoru Dr Metyu Hobbs deyib. "Biz Böyük Britaniyanın yetkin kişi əhalisini prostat xərçəngi üçün müayinə etmək və xəstəliyi erkən mərhələdə aşkar etmək üçün ən təsirli və ən az zərərli üsulları tapmaq istəyirik",-deyə o bildirib.

Böyük Britaniyada hər səkkiz kişidən biri prostat xərçənginə tutulur və hər il təxminən 12000 nəfər ölür. Bununla belə, xəstəliyin erkən, müalicə oluna bilən mərhələlərini dəqiq müəyyən edə biləcək heç bir skrininq xidməti yoxdur. Xərçəng yayılana və sağalmaz hala gələnə qədər simptomları görünmür.

Xəzər
“Cebheinfo.az”