Britaniya Kralı Çarlz monarx kimi ilk dəfə xarici ölkəyə səfər edib

Britaniya Kralı Çarlz monarx kimi ilk dəfə xarici ölkəyə səfər edib

Kral Çarlz monarx kimi ilk dəfə xarici ölkəyə səfər edib.

Bu gün Britaniya Kralı Çarlzın Almaniyaya rəsmi səfəri başlayıb. Kraliça Kamilla ilə birgə səfər edən Kral Çarlz Böyük Britaniya vaxtı ilə təxminən saat 13:00 radələrində Berlinin Brandenburq Hava Limanına çatıb.

Daha sonra o, Brandenburq Qapısında Prezident Frank-Valter Ştaynmayerlə görüşüb. Qeyd edək ki, Kral Çarlzın Almaniyaya sonuncu səfəri monarx olmamışdan üç il əvvələ təsadüf edir. Kral Almaniyaya səfər etməyin böyük sevinc olduğunu söyləyib.

Kral Çarlz səfəri çərçisində Prezident Sarayına gedəcək, həm ingilis, həm də alman dillərində Almaniya parlamentində çıxış edəcək.

Qeyd edək ki, Kral Almaniyaya Fransa səfərindən sonra getməli idi, ancaq hazırda Fransada baş verən şiddətli etirazlardan sonra Fransa Prezidenti Emmanuel Makron hökumətdən səfərləri təxirə salmağı xahiş edib.

Cebhe.info