Bu ailələr “TikTok”u məhkəməyə verdi

Bu ailələr “TikTok”u məhkəməyə verdi

Yeddi fransız ailəsi sosial media nəhəngi “TikTok”u məhkəməyə verib.

"Cebheinfo.az" xəbər verir ki, onlar platformanı yeniyetmə uşaqlarını zərərli məzmuna məruz qoymaqda günahlandırır.

İddiaçılar arasında uşaqlarının “TikTok”un zərərli məzmununa məruz qaldıqdan sonra intihara cəhd etdiyini iddia edən dörd ailə də var. 

Sosial media platformasından şikayətçi olan başqa bir ailə isə müraciətə görə uşağın qidalanma pozğunluğu olduğunu iddia edir.

Bildirək ki, artıq zərərli məzmunu ilə uşaq və gənclər üçün təhlükə yaratdığı səbəbilə ABŞ və Avropanın müxtəlif yerlərində platformaya qarşı iddia qaldırılıb.

2016-cı ilin sentyabrında istifadəyə verilən qısa video paylaşma proqramı olan “TikTok” Çin ana şirkəti “ByteDance”ın çətiri altında fəaliyyət göstərir.

Hazırda “TikTok”un dünyada təxminən 1,6 milyard istifadəçisi var.

İordaniya, Hindistan, Əfqanıstan, İran, Pakistan və Tayvan da daxil olmaqla bəzi ölkələr müxtəlif səbəblərdən “TikTok”u qadağan edərkən, Avstraliya, Kanada, İngiltərə və Yeni Zelandiya kimi ölkələr tətbiqin ictimai kompüter və cihazlarda istifadəsini dayandırıb.

Nigar Hacılı 
"Cebheinfo.az"