Bu dərmanları maşında saxlamayanlara cərimə

Bu dərmanları maşında saxlamayanlara cərimə

Rusiyada sentyabrın 1-dən avtomobil sürücüləri üçün Səhiyyə Nazirliyinin ilk yardım dəstinin tərkibi ilə bağlı dəyişiklikləri qüvvəyə minəcək. 

“Cebheinfo.az” xəbər verir ki, bunu “Delomant Group” hüquq firmasının təsisçisi Taisiya Veprentseva deyib.

Onun sözlərinə görə, indi bura tibbi maskalar və əlcəklər, ürək-ağciyər reanimasiyası üçün birdəfəlik maska, turniket, sarğı, yapışan gips, xilasedici yorğan, qayçı daxildir.

O xatırladıb ki, 2023-cü ilin sentyabrında avtomobillərdəki ilk yardım dəstləri və yanğınsöndürənlər texniki baxışdan keçmək üçün məcburi siyahıdan çıxarılıb. Rusiya Səhiyyə Nazirliyi 2024-cü ilin may ayında avtomobilin ilk yardım dəstinin konfiqurasiyasına dair tələbləri yeniləyib. 

Maraqlıdır ki, Azərbaycanda maşın "apteçka"sının içərisində nələr olmalıdır?

"Cebheinfo.az" xatırladır ki, bu məsələ Nazirlər Kabinetinin “Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı” adlı qərarında əksini tapır.

Belə ki, sürücülər idarə etdikləri nəqliyyat vasitələrində (minik və yük avtomobillərində, avtobusda, təkərli traktorda, yanqoşqulu motosikletdə, habelə tramvay və trolleybusda) xüsusi dərman qutularının olmasını, onların komplektləşdirilməsini təmin etməlidirlər. 

Eyni zamanda, nəqliyyat vasitəsində olan dərman qutusunda bu Sənədin 1 nömrəli əlavəsində göstərilən tibbi ləvazimatlar və dərman vasitələri, habelə qeyri-tibb işçiləri tərəfindən ilk tibbi yardımın göstərilməsinə dair şəkilli (illüstrasiyalı) təlimat kitabçası olmalıdır. Həmçinin nəqliyyat vasitələri (minik və yük avtomobilləri, avtobus, təkərli traktor, habelə tramvay və trolleybus) növündən asılı olaraq, bu Sənədin 2 nömrəli əlavəsində göstərilən odsöndürənlərlə təmin olunmalıdır. 

Qərarda dərman və odsöndürəndən istifadə qaydaları, habelə xəsarət zamanı göstəriləcək ilkin tibbi yardımla bağlı zəruri məsələlələr müəyyənləşdirilib. “Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”na əsasən dərman qutusunun tərkibi aşağıdakı kimidir: 

1. Travma (çıxıqlar, sınıqlar, əzilmələr), şok, yaralanmalar zamanı: 1.1. Analgin 0.5 (yaxud əvəzedici) (1 qutu) 1.2.Portativ hipotermik (soyuducu) paketkonteyner (1 ədəd) 1.1.3.Natrium sulfasil məhlulu (1 tübik) 1.1.4. Aspirin 325 mq doza və ya Aspirin 100 mq doza ( 1 qutu)

2. Qanaxmanın dayandırılması, yaranın təmizlənməsi və sarğı üçün vasitələr: 2.1.Özünə və qarşılıqlı yardım məqsədilə arterial qanaxmanı saxlamaq üçün tənzimlənən (təzyiqli) jqut (1 ədəd) 2.2 Steril bint 10×5 smədəd1 2.3.Qeyri-steril bint 10×5 smədəd1 2.4.Qeyri-steril bint 5×5 smədəd1 2.5.Çirkli yaraları sarımaq üçün dioksidli və ya gümüş nitratlı 8×10 sm ölçüdə MAQ atravmatik sarğısı (1 ədəd) 2.6.Steril tibbi sarğı paketi (1 ədəd) 2.7.Bakterisid leykoplastr 2,5×7,0 sm, yaxud 2×5 sm (8 ədəd) 2.8.Kapilyar və venoz qanaxmaları saxlamaq üçün 6×10 sm, 10×18 sm ölçüdə furaqinli “Koleteks QEM” steril salfetləri, yaxud statin (tox halında) 1,0 q (33 ədəd) 2.9.Steril tibbi salfet (tənzif materialından) 18×14 sm (1 ədəd) 2.10.Spirtdə 5 faizli yodun, yaxud 1%-li brilyant abısının məhlulu (1 flakon) 2.11. 1×500 sm və ya 2×500 sm, yaxud 1×250 sm ölçüdə leykoplastr (1 ədəd) 2.12.Qeyri-steril boruşəkilli tibbi elastik bint (1 ədəd) 2.13.Pambıq 50 q (1 bağlama)

3. Ürək ağrılarına qarşı vasitələr: 3.1.Nitroqliserin həbləri, yaxud kapsulası (trinitrolonq) (1 qutu) 

4. Bayılmaya qarşı vasitə: 4.1.Ammiak məhlulu (naşatır spirti) (1 flakon) 

5. Qida və sair zəhərlənmələrdə dezintoksikasiya üçün vasitələr: 5.1.Aktivləşdirilmiş kömür (1 qutu) 

6. Qayçı (kütuclu) (1 ədəd) 

7. Birdəfəlik istifadə üçün qeyri-steril tibbi əlcək (1 cüt) 

8. İlk tibbi yardımın göstərilməsinə dair şəkilli (illüstrasiyalı) təlimat kitabçası (1 ədəd).

Qeyd edək ki, qanunvericiliyə əsasən, xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitəsini idarə etməyə görə on manat məbləğində cərimə tətbiq edilir. 

Ləman İsmayıl 
"Cebheinfo.az"