Bu müharibə bir milyon insanı öldürüb
Rusiya və Ukraynanın müharibədəki ümumi itkilərinin sayı bir milyonu keçib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə qiymətləndirmə "The Wall Street Journal" tərəfindən verilib. Nəşr qeyri-rəsmi hesablamalara, o cümlədən Qərb kəşfiyyatına əsaslanıb.
Nəşr yazır ki, hər iki ordudan 400 min nəfərə yaxın hərbçi yaralanıb. Materialda deyilir ki, Rusiya ordusu üçün yüksək itkilərə dözmək çətindir, lakin əhalisi az olan Ukrayna üçün bu itkilər daha ağır ola bilər.
Materialda deyilir ki, döyüş meydanındakı itkilər və əhalinin xaricə axını iki ölkənin gələcəyinə böyük ziyan vurur. Nəşrin hesablamalarına görə, müharibə başlayandan sonra əsasən 600 minə yaxın gənc mütəxəssis Rusiyanı tərk edib.
Naibə
"Cebheinfo.az"