Bu ölkədə dövlət çevrilişinin qarşısını alınıb

Bu ölkədə dövlət çevrilişinin qarşısını alınıb

Konqo Demokratik Respublikasının (KDR) silahlı qüvvələri  ölkədə dövlət çevrilişi cəhdinin qarşısını ala bilib. 

“Cebhe.info” xəbər verir ki, “Actualite” nəşri bu barədə X sosial şəbəkəsində ölkənin Silahlı Qüvvələrinin nümayəndəsi Silven Ekengeyə istinadən məlumat yayıb.

"Konqo Demokratik Respublikasının Silahlı Qüvvələri yerli və beynəlxalq ictimaiyyətə dövlət çevrilişinə cəhdin qarşısının alındığını bildirir", - ordu sözçüsü bildirib.

Ekenge əlavə edib ki, çevriliş cəhdi xarici müdaxilə ilə bağlıdır. Onun sözlərinə görə, hazırda ölkədə vəziyyət nəzarət altındadır.

Xəzər
“Cebhe.info”