Bu ölkədə illik inflyasiya artıb

Bu ölkədə illik inflyasiya artıb

Almaniyada iyul ayında illik inflyasiya 2,3 % təşkil edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) iyul ayı üzrə ilkin inflyasiya məlumatlarını açıqlayıb.

Məlumatlara görə, ölkədə iyunda 2,2 faiz olan illik inflyasiya iyulda 2,3 faizə yüksəlib. İstehlak qiymətləri indeksi (TÜFE) aylıq bazda yüzdə 0,3 artıb.

Bazar gözləntiləri iyul ayında illik inflyasiyanın 2,3 faiz, aylıq inflyasiyanın isə 0,3 faiz olacağı idi. Hesabat dövründə bazar gözləntiləri ilə eyni səviyyədə gəlməsi diqqət çəkdi.

İyulda enerji məhsullarının qiymətləri illik bazda yüzdə 1,7 azalarkən, ərzaq məhsullarının qiymətləri yüzdə 1,3 artdı. Xidmət qiymətlərində illik 3,9 faiz artım olub.

Nigar Hacılı 
"Cebheinfo.az"