Bu ölkənin yeni prezidenti bəlli oldu
Qərbi Afrika ölkələrindən biri olan Qanada dekabrın 7-də keçirilən prezident seçkilərində ana müxalifət partiyası olan Milli Demokratik Konqresin (MDK) namizədi Con Dramani Mahama qalib gəlib.
"Cebheinfo.az" xəbər verir ki, Müstəqil Seçki Komissiyasının sədri Jan Mensa mətbuat konfransında bildirib ki, dekabrın 7-də keçirilən prezident seçkilərində 276 seçki dairəsindən 267-də səslərin hesablanması prosesi başa çatıb.
Mahamanın 56,55 faiz səs topladığını bildirən Mensa, hakim Milli Vətənpərvər Partiyasının (MPP) namizədi, hazırkı vitse-prezident Mahamudu Bavumianın 41,61 faiz səs topladığını qeyd edib.
Mensa, Con Dramani Mahamanı ölkənin yeni prezidenti elan edib.
Nigar Hacılı
"Cebheinfo.az"