Bu ölkəyə 50 min doza vaksin göndərildi

Bu ölkəyə 50 min doza vaksin göndərildi

Meymunçiçəyi xəstəliyinə qarşı istifadə edilmək üçün 50 min doza peyvənd Konqo Demokratik Respublikasına çatdırılıb.

"Cebheinfo.az" xəbər verir ki, meymunçiçəyi (mpox) virusuna qarşı istifadə edilmək üçün Konqo Demokratik Respublikasına (KDR) 50 min doza peyvənd göndərilib.

Milli mətbuatda yer alan xəbərə görə, ABŞ-nin göndərdiyi peyvəndlər KDR rəsmilərinə çatdırılıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, meymunçiçəyi virusu epidemiyasından ən çox təsirlənən və yüzlərlə insanın həyatını itirdiyi ölkəyə 50 min doza  peyvənd gəlib.

Bu ilin əvvəlindən bəri KDR-də 5 minə yaxın təsdiqlənmiş meymunçiçəyi hadisəsi aşkar edilib və 620-dən çox insan isə dünyasını dəyişib.

Bu virus siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun yaratdığı bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, çarşaf, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq ən mühüm çirklənmə səbəblərindəndir.

İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus yüksək hərarət, baş ağrısı, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.

Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül keçir və bir neçə həftə ərzində sağalır.

ÜST 2022-ci ildə irqçilik və ayrı-seçkiliklə bağlı narahatlıqlara görə meymunçiçəyi adını "mpox" olaraq dəyişdirdi. 

Həmin virus 14 avqustda ÜST tərəfindən "ictimai sağlamlıq üçün beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət" elan edilib.

Nigar
"Cebheinfo.az"