Bu partiya "Cümhur İttifaqı"na QATILMAYACAQ

Bu partiya "Cümhur İttifaqı"na QATILMAYACAQ

Son günlər Türkiyədəki siyasi partiyalar arasında yeni ittifaqların yaranması ilə bağlı müzakirələr davam edir.

Cebhe.info xəbər verir ki, "Cümhur İttifaqı"na qatılması gözlənilən Yenidən Rifah Partiyasının da qərarı bəlli olub.

Partiyanın sədri Fatih Ərbakan "Cümhur İttifaqı"na qatılmayacaqlarını açıqlayıb:

"Uzun məsləhətləşmələr nəticəsində 14 mayda keçiriləcək seçkilərə təkbaşına qatılmağa qərar verdik. Yenidən Rifah Partiyası seçkilərə çox ciddi güc olaraq daxil olacaq. "Film bitmədi, hələ yeni başlayırıq" demişdik. Gəldiyimiz nöqtə bizləri haqlı çıxardı. Milli düşüncə mübarizəsi qiyamətə qədər davam edəcək".

Fatih Ərbakan prezidentliyə namizəd olduğunu da elan edib.

Xatırladaq ki, Fatih Ərbakan Türkiyənin 54-cü hökumətinin Baş naziri Nəcməddin Ərbakanın oğludur.

Elmir Mustafa
Cebhe.info