Bu qadın 20 min avro təzminat aldı

Bu qadın 20 min avro təzminat aldı

Geyimləri sınaqdan keçirmə videoları ilə məşhurlaşan 20 yaşlı irlandiyalı “TikTok” fenomeni Kristal Coys dünyaca məşhur geyim markasının mağazasında oğurluqda günahlandırılaraq təzyiqlərə məruz qalıb. 

“Cebheinfo.az” xəbər verir ki, İrlandiyanın paytaxtı Dublinin Blanchardstovn səmtindəki bir ticarət mərkəzində Coys oğurluqda şübhəli bilinərək mühafizənin birdən geyinib-soyunma kabinəsinin pərdəsini açması ilə şoka düşüb.

Coys mağaza işçiləri tərəfindən saxlanıldığını, digər müştərilərin gözü qarşısında sorğuya çəkildiyini və üzərində axtarış edildiyini iddia edib. 
O, hadisənin onu dərindən sarsıtdığını və məsələni məhkəməyə daşıdığını bildirib. 

Sosial mediada 120 mindən çox izləyicisi olan Coys açdığı davada qalib gəlib. 

Gənc qadın həm dünyaca məşhur firmadan, həm də təhlükəsizlik şirkətindən hər biri 10 min avro olmaqla cəmi 20 min avro təzminat alıb.

Əfsanə Rəcəb
“Cebheinfo.az”