Bursada zəlzələ
Türkiyənin Bursa vilayətində yenidən zəlzələ qeydə alınıb.
Bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Büyükorhan rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 4.7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
"Cebheinfo.az"