BVF-dən inflyasiya proqnozu: Kəskin şəkildə...

2024-cü ildə dünya ölkələrinin 80 faizində inflyasiya kəskin aşağı düşəcək.
“Cebhe.info” xəbər verir ki, bu haqda məlumat Beynəlxalq Valyuta Fondunun 2024-cü il üzrə hesabatında yer alıb.
Hesabata görə, inflyasiya hədəfi olan ölkələr arasında inflyasiyanın 2023-cü ilin sonunda hədəfdən 1.7 faiz bəndi yuxarı olduğu qiymətləndirilir.
Hədəfdən uzaqlaşmanın 2024-cü ilin IV rübündə isə 0.6 faiz bəndi olacağı proqnozlaşdırılır. Əksər ölkələrin 2025-ci ilə qədər inflyasiya hədəflərinə (və ya hədəf diapazonunun orta nöqtələrinə) çatacağı gözlənilir.
Vilayət Muxtar
“Cebhe.info”