Çavuşoğlu: "Misirlə aramızda ciddi fikir ayrılığı yoxdur"

Çavuşoğlu: "Misirlə aramızda ciddi fikir ayrılığı yoxdur"

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu misirli həmkarı Semih Şükri ilə Misirdə birgə mətbuat konfransı keçirib.

Cebhe.info xəbər verir ki, mətbuat konfransında Misirin xarici işlər naziri Şükri, bu səfərdə ortaq baxış bucağının formalaşdığını bildirib.

"Bu prosesin müsbət nəticələri ilə istədiyimiz nöqtəyə gələcəyik. Demək olar ki, eyni anlayışa malik olduğumuzu gördük. Ortaq adlandıra biləcəyimiz regional problemlərimiz var. Qardaşımı və dostum Çavuşoğlunu salamlayıram. Onun bura gəlməsi çox gözəl bir hadisədir və bizim üçün şərəfdir", - deyə o bildirib.

Nazir Çavuşoğlu isə Misirə səmimi ev sahibliyi üçün təşəkkür edib:

"İndiyədək bizim bura gəlmək şansımız olmayıb. Amma bundan sonra səfərlərimiz tez-tez olacaq. Əziz qardaşımı bir daha ölkəmizdə qonaq etmək istərdik. Xalqımız və biz zəlzələ zamanı göstərdiyiniz dəstəyi heç vaxt unutmayacağıq".

Çavuşoğlu həmçinin iki ölkənin dipolmatik əlaqələri barədə də danışıb:

"Bu gün biz yeni dövrdə nələr edə biləcəyimizdən danışdıq. Bu görüş zamanı anladıq ki, aramızda ciddi fikir ayrılığı yoxdur. Biz bu gün regional məsələləri də müzakirə etdik. Suriya, İraq, İran və Somalidəki vəziyyəti dəyərləndirdik. Bizim tarixi bağlarımız var, qohumluq əlaqələrimiz var. Bunu inkişaf etdirməyin ən mühüm yolu turizmi inkişaf etdirməkdir. Bu gün çox açıq, səmimi söhbətlərimiz oldu. Biz əməkdaşlığımızı və əlaqələrimizi yaxşılaşdırmaq üçün bundan sonra da səylə çalışacağıq. ümid edirəm ki, diplomatik əlaqələrimizi ən qısa zamanda maksimum səviyyəyə çatdıra bilərik".

Naibə
Cebhe.info