Çavuşoğlunun bu şəkli gündəm oldu

Çavuşoğlunun bu şəkli gündəm oldu

Türkiyənin sabiq Xarici işlər Naziri Mövlud Çavuşoğlu yenə gündəm olub.

Siyasətçi bu dəfə hər hansı çıxışı və açıqlaması ilə deyil, davranışı ilə müzakirələrə rəvac verib.

Yenisabah.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın iyunun 3-də Ankarada gerçəkləşən andiçmə mərasimində Mövlud Çavuşoğlunun Nobel mükafatı laureatı olan türkiyəli alim Aziz Sancarın əlini öpməsi kameraların obyektivindən yayınmayıb. Mətbuat və cəmiyyət keçmiş nazirin bu davranışını təqdir edib.

Buna rəğmən, nazir postunu deputat mandatına dəyişən Çavuşoğlunun gündəmdə qalmaq üçün bu cür hərəkət etdiyini yazanlar da olub.

Cebhe.info