Cənubi Koreyada müxalifət lideri aclıq aksiyasını dayandırıb

Cənubi Koreyada müxalifət lideri aclıq aksiyasını dayandırıb

Cənubi Koreyanın əsas müxalifətçi Demokratik Partiyasının (DP) lideri Li Jae-Myung hazırkı hökumətin “siyasi uğursuzluqlarına” etiraz olaraq 24 gün əvvəl başladığı aclıq aksiyasını dayandırıb.

Cebhe.info xəbər verir ki, bu barədə DP sözçüsü Kang Sun-Vu məlumat yayıb.

Kang bildirib ki, Li tibb işçiləri ilə məsləhətləşdikdən sonra aclıq aksiyasını dayandırıb və müalicəyə başlayacaq.

Nigar Hacılı
Cebhe.info